Rişi Sunak ilk dəfə Kiyevə səfər edib

Böyük Britaniyanın baş naziri Rişi Sunak hökumət başçısı kimi ilk dəfə Kiyevə səfər edib.

Sunak elan olunmamış səfər zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Sunak bildirib ki, Böyük Britaniya Ukraynanı dəstəkləməyə davam edəcək və ona hava hücumundan müdafiəni gücləndirməkdə kömək edəcək. Yaxın vaxtlarda London pilotsuz təyyarələrlə mübarizə üçün 125 silah və xüsusi texnikanı Kiyevə təhvil verəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ