Zelenski özünü isterik uşaq kimi aparır - Medvedev

“Hər kəs Kiyevdən çox yorulub”. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Ukrayna lideri “vəziyyəti gərginləşdirir” və “özünü inkişafında problemləri olan isterik uşaq kimi aparır”.

“Hər kəs Kiyev rejimindən çox yorulub. Xüsusən də daim vəziyyəti gərginləşdirən, sızıldayan və daha çox pul və silah tələb Zelenskidən. Özünü inkişaf problemləri olan isterik uşaq kimi aparır”, – Medvedev yazıb.

Medvedevin sözlərinə görə, “Birləşmiş Ştatlar, NATO və Avropa İttifaqı üçüncü dünya müharibəsi ilə bağlı Rusiya ilə əlaqələri tam kəsmək istəmirlər. Buna görə də tez-tez Kiyevlə mübahisə edir, onu danışıqlara sövq etməyə cəhd edirlər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ