Bolqarıstanda İstanbuldakı hücumda şübhəli bilinən şəxslər saxlanılıb. Bolqarıstanın NOVA agentliyi xəbər verir ki, saxlanılanlar arasında üç Moldova vətəndaşı və bir nəfər ərəb əsilli şəxs də var.
Beşinci saxlanılan şəxs isə Bolqarıstanda miqrant düşərgəsində olan suriyalı qadındır. Mənbələr NOVA-ya bildiriblər ki, o, artıq istintaqla əməkdaşlıq edir.
Qeyd olunur ki, saxlaınalan beş nəfər İstanbulda terror aktını törədən şəxsə yardım etməkdə ittiham olunur. Onlardan biri, İnterpol tərəfindən terrora görə axtarışda olan şəxs, həm Türkiyədə, həm də Aİ ölkələrindən birində yeni terror aktları törətmək niyyətində olub.
Bolqarıstanın Baş Prokurorluğu bu məlumatı təsdiqləyib, lakin təfərrüatı açıqlamaqdan imtina edib.
Xatırladaq ki, noyabrın 13-də İstiqlal küçəsində törədilən terror aktı zamanı 6 nəfər ölüb, 81 nəfər yaralanıb.