Saxalində yaşayış binasında partlayış: ölənlər var - video

Rusiyanın Saxalin vilayətində yerli vaxtla səhər saat beş radələrində (Bakı vaxtı ilə saat 06:00) yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış baş verib. Hadisə zamanı binanın bir hissəsində beşinci mərtəbədən birinci mərtəbəyə qədər çökmə baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Partlayış nəticəsində dördü uşaq olmaqla, doqquz nəfər ölüb.

Dağıntılar altında hələ də insanların qaldığı güman edilir. Xilasetmə işləri davam edir.

Sosial şəbəkələrdə faciənin baş verdiyi anın görüntüləri paylaşılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ