Ukrayna hərbçiləri rusiyalı əsirləri güllələdilər - video

Noyabrın 18-nə keçən gecə internetdə Ukrayna hərbçilərinin rusiyalı əsirləri öldürdüyü iddia edilən video yayılıb. Görüntülər əvvəlcə Ukraynanın Telegram kanallarında yerləşdirilib, daha sonra Rusiya ictimaiyyəti tərəfindən yayılmağa başlayıb..

Müstəqil mənbələr videoların həqiqiliyi hələlik təsdiq etməyiblər. Kadrların dəqiq nə vaxt və harada çəkildiyi məlum deyil.

Videolardan birində, ehtimal ki, Rusiya ordusunun bir qrup hərbçisi yaşayış evinin həyətində əsir götürülür, daha sonra əlində silah olan şəxs həmin tikilidən çıxır, atəş səsləri eşidilir və video kəsilir.

Elə həmin həyətin üzərindən pilotsuz uçan aparatından lentə alınan ikinci kadrda eyni geyimdə olan 12 əsgərin cəsədi əks olunub. Onların bəzilərinin yaxınlığında qan izləri görünür. İki video arasındakı vaxt intervalında nə baş verdiyi bəlli deyil.

Rusiyanın Telegram kanallarının məlumatına görə, videolar Luqansk vilayətinin Svatovo yaxınlığındakı Makeyevka kəndində çəkilib.

Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev insidenti “nümayişkaryanə cinayət” adlandırıb və məlumatın BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisinə, ATƏT-ə, Avropa Şurasına göndəriləcəyini bildirib”.

Rusiya Federasiyasının İstintaq Komitəsi də, öz növbəsində, xidməti fəaliyyətlə əlaqədar iki və ya daha çox şəxsin qətlə yetirilməsi maddələri ilə cinayət işi açıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova beynəlxalq təşkilatlardan “bu dəhşətli cinayəti pisləməyi və hərtərəfli araşdırma aparmağı” tələb edib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi artıq videonu araşdırdığını elan edib. Ukrayna nümayəndələri hələ ki, görüntüləri şərh etməyiblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ