Kim Çen In ilk dəfə qızını göstərdi - foto

Şimali Koreyanın lideri Kim Çen In ilk dəfə qızını dünyaya göstərib. Bu barədə “Reuters” məlumat yayıb.

Kim Çen Inın və qızının əl-ələ tutaraq ölkənin ən böyük ballistik raketinin buraxılışını yoxladığını əks etdirən fotolar mətbuatda yayılıb. “Reuters” qeyd edir ki, Kim Çen Inın qızının varlığı heç vaxt açıq şəkildə təsdiqlənməyib.

Ekspertlər hesab edirlər ki, Kim Çen Inın iki qız və bir oğlan olmaqla üç övladı var.

Şimali Koreya heç vaxt Kim Çen Indan sonra hakimiyyətə kimin gələcəyini açıqlamayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ