Dövlət Departamenti: ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmət edir

Amerika Birləşmiş Ştatları Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Kemeron Millard Milli Məclisdə parlamentin Xarici əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşündə deyib.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, Millard ABŞ ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı qeyd olunub ki, 44 günlük müharibədə qələbə qazandıqdan sonra Azərbaycan regionda yeni reallıq yaradıb, yeni təşəbbüslərlə çıxış edir.

Bundan əlavə, Seyidov və Millard qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ