Rusiya Xarici Kəşfiyyat İdarəsi və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri Sergey Narışkin və Uilyam Börns arasında noyabrın 14-də Ankarada baş tutan görüş ölkələr arasında gərginliyin qarşısının alınmasında mühüm rol oynayıb. TASS xəbər verir ki, danışıqların məqsədini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
“Prezident Ərdoğan bildirib ki, Rusiya və ABŞ kəşfiyyat rəhbərlərinin Türkiyədəki təmasları yerdə nəzarətsiz eskalasiyanın qarşısının alınmasında mühüm rol oynayıb”, - Türkiyə dövlət başçısının ofisi bildirib.