İranda SEPAH əməkdaşları öldürüldü

İranın Qərbi Azərbaycan əyalətində etirazçılar İslam İnqilabı Keşikçiləri Korpusu və ölkənin Təhlükəsizlik Nazirliyinin əməkdaşlarını qətlə yetiriblər.

Ötən gecə Qərbi Azərbaycan əyalətinin Butan şəhərində nümayişçilərlə toqquşma zamanı Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mehdi İsnaaşari və şəxsiyyəti açıqlanmayan SEPAH üzvü öldürülüb. Qatillərin axtarışı davam edir.

Qeyd edək ki, son vaxtlar İranda etirazçılar tərəfindən hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar tez-tez baş verir. Sənəndəc şəhərində etirazçılar polis polkovnikini bıçaqlayaraq öldürüblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ