Ukraynanın Krımı hərbi yolla azad etməsi ehtimalı azdır. Bu barədə Ukraynanın Müdafiə Məsələləri üzrə Təmas Qrupunun (Ramşteyn-7) iclasından sonra keçirilən mətbuat konfransında ABŞ Birləşmiş Qərargahlarının rəhbəri, general Mark Milli deyib.
O, Rusiyanın Ukraynada “əhəmiyyətli hərbi güc” saxlamasına diqqət çəkib. General Rusiya hakimiyyətinin yarımadanın təslim etməsi ilə bağlı siyasi qərarını mümkün hesab edib.
“Rusiya ordusu həqiqətən pis vəziyyətdədir. Deməli, siz güclü, rəqibiniz isə zəif olanda danışıqlar aparmaq istəyirsiniz. Bəlkə də siyasi həll yolu tapılacaq. Dediyim hər şey bunun üçün bir fürsətdir”, - o əlavə edib.
ABŞ Birləşmiş Qərargahlarının rəhbəri Ukraynanın atdığı iddia edilən raketin Polşaya düşməsindən sonra Rusiya hərbi komandanlığı ilə əlaqə yaratmaq cəhdlərini uğursuz adlandırıb.
“Ukrayna müqavimət göstərməyə davam edəcək. Ukrayna geri çəkilmək niyyətində deyil. Ukrayna azad olub və olacaq”, - deyə Mark Milli bildirib. O, ABŞ-ın lazım olduğu müddətdə Ukraynanı müdafiəsində dəstəkləyəcəyinə inandırıb.