Medvedev dünya müharibəsindən danışdı

Qərbin Rusiya ilə hibrid müharibəsində iştirakı yeni dünya müharibəsi ehtimalını artırır. 

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Twitter hesabında yazıb.

“Polşada fermada “Ukraynanın raket hücumu” hekayəsi yalnız bir şeyi sübut edir: Qərb Rusiya ilə hibrid müharibəsinə başlayaraq dünya müharibəsi ehtimalını artırır”, - Medvedev bildirib.

Bundan əvvəl Ukrayna ilə sərhədə yaxın Polşa kəndlərindən birində taxıl anbarına raket mərmisi düşüb. Hadisə nəticəsində iki nəfər ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ