Tramp ABŞ prezidentliyinə namizədliyini irəli sürüb - video

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib.

“Amerikanı yenidən böyük və gözəl etmək üçün bu gün mən Birləşmiş Ştatların prezidentliyinə namizədəm. Amerikanın dönüşü indi başlayır!”, - Tramp çərşənbə axşamı Floridadakı Mar-a-Laqo malikanəsində tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Sabiq prezident çıxışında Co Baydenin rəhbərlik etdiyi hazırkı ABŞ administrasiyasını tənqid edib. O, bəyan edib ki, ölkə demokratlara görə tənəzzülə uğrayıb və o, hakimiyyətdə olsaydı, Ukraynada müharibə baş verməzdi.

Donald Trampın prezidentliyə namizədliyi ilə bağlı sənədlər artıq ABŞ Federal Seçki Komissiyasına təqdim edilib.

Donald Tramp ABŞ-ın 45-ci prezidentidir. O, 2017-ci ilin yanvarından 2021-ci ilin yanvarına kimi ölkəyə rəhbərlik edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ