Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsini pisləyib.
Türkiyə lideri qeyd edib ki, bu sənəd Azərbaycanın suverenliyinə qəsd edir.
Türkiyə prezidentinin sözlərinə görə, Azərbaycan heç kimin torpaqlarına iddia etməyib, əksinə, BMT və ATƏT-in qətnamələrinə baxmayaraq, Ermənistan tərəfindən 30 il əvvəl işğal edilən ərazilərini azad edib.
“Minsk qrupunun həmsədr ölkəsi olan Fransa parlamentində qəbul edilən qərar tam bir fəlakət və qalmaqaldır”, - Türkiyə prezidenti vurğulayıb.
O, həmçinin beynəlxalq ictimaiyyəti bu qətnaməni qəbul edən fransız parlamentarilərinin hərəkətlərinə cavab verməyə çağırıb.
Xatırladaq ki, ötən gün Fransa Senatı demək olar ki, yekdilliklə Fransa hökumətini və digər Aİ ölkələrini Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.