Rusiya Ukraynanı raket atəşinə tutub: Kiyev işıqsız qaldı - video

Rusiyanın Ukraynanı raket atəşinə tutması nəticəsində bir sıra şəhər və vilayətlərdə elektrik enerjisi kəsilib. 

Paytaxt Kiyevdə daha bir çoxmərtəbəli yaşayış binasına raket düşüb. 

Bundan başqa, raketlərdən biri Xarkovdakı mühüm əhəmiyyətli infrastrukturu hədəf alıb, metronun hərəkəti dayandırılıb.  

Məlumatda həmçinin Jitomırın tamamilə, Lvov, Rivne və digər şəhərlərin qismən elektrik enerjisiz qaldığı bildirilib. 

Hazırda Kiyev, Xarkov, Vinnitsa, Kovel, Jitomır, Lvov, Poltava, İvano-Frankovsk, Ternopol, Krivoy Roy, o cümlədən digər şəhər və vilayətlərdə partlayışların baş verdiyi qeyd olunub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ