Kiyev danışıqlar istəmir, müharibə davam edəcək - Kreml

Rusiya Ukraynada “xüsusi əməliyyatı” davam etdirəcək, çünki Kiyev danışıqlar aparmaq istəmir.

Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əsas odur ki, Ukrayna tərəfinin həm de-fakto, həm də de-yure prezident Zelenskinin dəfələrlə bəyan etdiyi mövqeyi göstərir ki, Ukrayna həm de-fakto, həm də de-yure danışıqlar apara bilməz və istəmir. Rusiya Federasiyasının məqsədləri “xüsusi hərbi əməliyyatın” davam etdirilməsi yolu ilə həyata keçiriləcək”, - Kreml sözçüsü bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski Balidə G20 sammitində çıxışı zamanı Rusiya ilə sülh danışıqlarının aparılması üçün şərtləri açıqlayıb: nüvə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, məhbusların mübadiləsi, Ukraynanın ərazi bütövlüyü bərpası, habelə Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması. Zelenskinin “sülh formulu”na 10 bənd daxildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ