Qərb Rusiyanı işğal etmək niyyətindədir - Kadırov

Rusiyanın zəiflədilməsi və ələ keçirilməsi Qərbin və Şimali Atlantika Alyansının (NATO) əsas niyyətidir. Bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Teleqram-kanalında bildirib.

Kadırovun fikrincə, bu, Qərb ölkələrinin apardığı genişmiqyaslı anti-Rusiya təbliğatını izah edir.

“Anlamaq lazımdır ki, Rusiyanın sonradan ələ keçirilməsi ilə zəifləməsi hələ də kollektiv Qərbin prioritet məqsədidir. NATO bloku bunun üçün yaradılıb”, - deyə o yazıb.

Kadırov LGBT, satanizm və millətçiliyin təbliğatını da, Qərbin Rusiyanı işğal planları ilə əlaqələndirib. Qeyri-ənənəvi dəyərlərin yayılmasında o, ailə institutunun, mədəniyyətin, dinin, çoxəsrlik adət-ənənələrin məhv olduğunu görüb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin də, Qərbin dəfələrlə ölkəyə müdaxilə etməyi planlaşdırdığını bildirib. Bu barədə o, qondarma Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında sazişlərin imzalanması mərasimində çıxışı zamanı danışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ