Zelenski müharibənin bitməsinin şərtlərini açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski G20 sammitində bəyan edib ki, Rusiya qoşunlarını 1991-ci il sərhədlərindən kənara çıxarsa və dəymiş ziyana görə kompensasiya ödəsə, müharibə bitə bilər. Bu barədə The Guardian məlumat yayıb.

Sammitdə Zelenski beynəlxalq ictimaiyyəti Rusiya təcavüzünün təkrarlanmasının qarşısını almaq üçün “müharibədən sonrakı təhlükəsizlik arxitekturasının əsas elementini düzəltməyə” çağırıb. “Bütün anti-müharibə tədbirləri həyata keçirildikdən sonra müharibənin başa çatdığını təsdiq edən sənəd imzalanmalıdır”, - deyə o bildirib.

Ukrayna prezidenti bütün çıxışı boyunca Rusiyanı siyahıdan çıxarmaqla “G19” ölkələri deyə müraciət edib.

Daha sonra Volodimir Zelenski “Telegram”da müharibənin başa çatması üçün şərtlərin geniş siyahısını dərc edib: radiasiya və nüvə təhlükəsizliyi; ərzaq təhlükəsizliyi; enerji təhlükəsizliyi; bütün məhbusların və deportasiya edilənlərin azad olunması; BMT Nizamnaməsinin həyata keçirilməsi və ərazi bütövlüyünün və dünya nizamının bərpası; Rusiya qoşunlarının çıxarılması və hərbi əməliyyatların dayandırılması; ədalətin bərpa edilməsi; ekosidlə mübarizə; eskalasiyanın qarşısının alınması; müharibənin sonunu təyin etmək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ