Putin Kadırovun həyat yoldaşına xüsusi ad verdi

Rusiya Prezidenti Vladimir Putin “Qəhrəman ana” fəxri adının verilməsi ilə əlaqədar fərman imzalayıb.

Fərmana əsasən, artıq 2 nəfərə “Qəhrəman ana” fəxri adı verilib.

Belə ki, bu adlara Çeçenistan rəhbəri Ramzan Kadırovun həyat yoldaşı Medni Kadırovaya və Yamal-nene muxtar dairəsindən Olqa Dextyarenkoya layiq görülüb. Medni Kadırova 14, Olqa Dextyarenko isə 10 uşaq anasıdır.

Qeyd edək ki, Vladimir Putin yeni fəxri adı bu ilin 15 avqustunda təsis edib. “Qəhrəman ana” 10 və daha çox uşağı olan analara verilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ