“İran bölgə üçün təhlükədir” - ABŞ Dövlət Departamenti

“İran-Azərbaycan münasibətlərində gərginlik hər keçən gün artmaqdadır. İranın Azərbaycana qarşı çirkin təxribatları da yeni deyil. Dövlət Təhlükəsizliyi Xidmətinin son olaraq İranın Azərbaycandakı casus şəbəkəsini ifşa etməsi və beş nəfərin həbs edilməsi sözügedən çirkin planların yalnız bir hissəsidir. Eləcə də hərbi təlimlərlə Azərbaycanı hədələyən İran tez-tez müharibə siqnalları verməyi də unutmur”. 

Dövlət Departamentinin mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, İranla Azərbaycan arasındakı gərginlik ABŞ-nin diqqət mərkəzindədir.

Azərbaycanın haqlı mövqedə olduğunu deyən ABŞ rəsmi Bakının mövqeyini dəstəklədiyini bir daha təsdiq edib:

“Mətbuat katibi Ned Prays mətbuat brifinqində sözügedən mövzu barədə Departamentin mövqeyini qeyd edib. Dövlət Departamentinin katibinin azərbaycanlı həmkarını ötən həftənin əvvəlində görmək imkanı olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də, ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ