Terrorçu Fəhlə Kürd Partiyası İstanbulda baş verən terror aktı ilə heç bir əlaqələrinin olmadığını bildirib və Türkiyə xalqına başsağlığı verib.
“Bizim üçün mülki insanları hər hansı şəkildə hədəfə almaqdan söhbət gedə bilməz”, - PKK-nın bəyanatında deyilir.
Noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumda PKK və onun Suriya qanadı iştirak edib.