Noyabrın 14-də Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Danışıqlarda RF Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin iştirak etdiyi bildirilir. Danışıqların təfərrüatları və məqsədi hələlik məlum deyil. Qeyd olunur ki, belə bir görüşün keçirilməsi barədə ictimaiyyətə məlumat verilməyib.