Paşinyan Ərdoğanla görüşündən və Azərbaycanla münasibətlərdən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan erməni mətbuatına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Praqada keçirilən görüşü müsbət qiymətləndirdiyini bildirib.

“Görüşdən müsbət təəssürat aldım. Həm telefon danışıqlarımızı, həm də görüşü müsbət qiymətləndirirəm”, - Paşinyan bildirib.

Ermənistanın baş nazirinin sözlərinə görə, söhbət göstərdi ki, onun və Ərdoğanın fikirləri və baxışları mətbuatın göstərdiyi kimi deyil.

Ankaranın Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsini İrəvanla Bakı arasında münasibətlərin normallaşması ilə bağlı olmasına Paşinyan belə münasibət bildirib.

“Aydındır ki, Ermənistanla Türkiyə arasında söhbətdə Azərbaycan faktoru hansısa formada mövcuddur. Amma rəsmi səviyyədə tərəflərin ilkin şərt olmadan normallaşmanın zəruriliyindən danışması pis deyil. Bəs kim dedi ki, biz Azərbaycanla münasibətlərin tənzimlənməsini istəmirik? Biz də Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirik. Mən Ərdoğana bir sıra nüansları təqdim etdim ki, Ermənistan bir sıra məsələlərdə Türkiyənin mövqeyini necə görür və qəbul edir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ