Rusiya qoşunları tərəfindən Xersonun təslim olması ilə bağlı insanların həyəcan təbili çalması tamamilə başa düşüləndir.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında yazıb.
Medvedev insanları “isterika və həyəcandan” çəkinməyə çağırıb.
“Uzaq və yaxın düşmənə sevinc bəxş etmə. Onlara tez-tez rus dünyasının böyüklüyünü və hüdudsuzluğunu xatırlat”, - deyə o yazıb.
Medvedev vəd edib ki, “ölkəmizdə ərazi suverenliyi anlayışı heç bir yerdə yoxa çıxmayıb. Hər şey evə qayıdacaq. Rusiya Federasiyasına”.