Ukrayna ordusu Xersona daxil oldu - video

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Xersonun Ukraynanın nəzarətinə qayıtdığını, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin şəhərə daxil olduğuna dair məlumat yayıb.

Məlumatda Xersonda qalan rus əsgərlərinə təslim olmaq çağırışı edilib.

Məlumatda o da deyilir ki, rusların geri çəkilmə yolları Ukrayna ordusunun atəşi altındadır və əlavə olunub ki, Ukrayna Silahlı Qüvvələrinə qarşı hər hansı cəhdlər dayandırılacaq.

“Müqavimət göstərən hər bir rus əsgəri məhv ediləcək. Ölümdən qaçmaq üçün yeganə şansınız var - dərhal təslim olun! Könüllü təslim olduqda, Ukrayna sizin həyat və təhlükəsizliyinizin qorunmasına zəmanət verir. Biz Cenevrə Konvensiyalarına əməl edirik, hərbi əsirlərə ərzaq, tibbi xidmət və sizin Rusiya Federasiyasında əsir olan Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə mübadilə edilmə imkanlarınıza zəmanət veririk”, - məlumatda deyilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ