Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı Azərbaycana qardaş dövlətin dəstəyini vurğulayıb.
“Azərbaycanın bütün səylərinə baxmayaraq, Cənubi Qafqazda vəziyyət hələ də kövrəkdir. 8 noyabrda qeyd etdiyimiz şanlı Qarabağ Zəfərinin ikinci ildönümündə əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. İlham Əliyev qardaşımızın simasında Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizələrində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq”, - deyə o qeyd edib.