ABŞ prezidenti Co Bayden Rusiya ordusunun Xersonu tərk etməsi ilə bağlı açıqlama verib.
BBC xəbər verir ki, Bayden bunun gözlənilən olduğunu deyib və Rusiyada problemlərin olduğunun bildirib.
“Mənə maraqlı gəldi ki, onlar bu qərarı gözlədilər və gec verdilər - biz artıq çoxdan bilirdik ki, onlar bunu qəbul edəcəklər - seçkilərin sonuna qədər. Bu qərar onların, yəni Rusiya ordusunun böyük problemlərinin olduğunun sübutudur”, - deyə Bayden Ağ Evdə keçirdiyi brifinqdə bildirib.
Xatırladaq ki, noyabrın 10-da Rusiya qoşunlarının Xerson vilayətindəki komandanı Sergey Surovikin Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyquya Xersonun yerləşdiyi Xerson vilayətinin sağ sahil hissəsini tərk etməyi təklif edib.
Şoyqu Surovikinin təklifi ilə razılaşıb.