Rusiya Xersondan geri çəkildi

Rusiya qoşunlarının Xerson vilayətindəki komandanı Sergey Surovikin Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyquya Xersonun yerləşdiyi Xerson vilayətinin sağ sahil hissəsini tərk etməyi təklif edib. 

Şoyqu Surovikinin təklifi ilə razılaşıb.

Surovikin bildirib ki, indiki şəraitdə Xerson və ona yaxın yaşayış məntəqələri tam təmin oluna bilmir. 

“Vəziyyəti qiymətləndirərək, Dnepr çayının sol sahilində müdafiəyə qalmağı təklif edirəm”, - deyə o bildirib. Surovikin qərarı “çətin” adlandırsa da, bunun insanların həyatını xilas edəcəyini deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ