Zelenski Rusiya ilə danışıqlarda mövqeyini yumşaldıb

Prezident Bayden administrasiyasının təzyiqi nəticəsində Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə sülh danışıqlarının Vladimir Putinin prezidentliyi dövründə başlaya bilməyəcəyi ilə bağlı mövqeyinin “yumşaldılmasına” səbəb olub.

Bu barədə vəziyyətlə tanış olan iki mənbəyə istinadən “Politico” məlumat yayıb.

Nəşr vurğulayır ki, bazar ertəsi, noyabrın 7-də Zelenski əvvəllər elan edilənlər də daxil olmaqla, danışıqlar üçün beş şərtə işarə edib.

Onların arasında - Ukraynanın ərazi bütövlüyünün bərpası, hərbi cinayətlərə görə cəza və təzminat. Əvvəlki bəyanatların əksinə olaraq, Zelenski deməyib ki, belə danışıqlar baş tutmazdan əvvəl Putin istefaya getməlidir.

Mənbələrdən birinə görə, bu dəyişiklik Kiyev və Vaşinqton arasında bir neçə günlük danışıqlardan sonra, xüsusən də Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Zelenskiyə şəxsi səfərindən sonra baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ