İran parlamentində etirazçıları edam etməyə çağırdılar

İran parlamentinin 227 üzvündən ibarət qrup hökumətə qarşı davam edən etiraz aksiyaları zamanı həbs olunan şəxslərə ölüm hökmü çıxarmağa çağırıb.

Bu barədə İran mediası yazır.

Bazar günü parlamentə oxunan bəyanatda millət vəkilləri etirazçıları ərəb dilində hərfi mənada “döyüşçü”,  İslam qanunlarında isə “Allahın düşməni” mənasını verən və ölümlə cəzalandırılan “mohareb” adlandırıblar. İran deputatları etirazçıları “insanların həyatına və malına qəsd edən” İŞİD üzvləri ilə müqayisə ediblər.

Aksiyalarda iştirak etdiklərinə görə indiyədək bir neçə nəfər İran hakimiyyəti tərəfindən “toplaşmaq və milli təhlükəsizliyə qarşı sövdələşmə” və “İslam Respublikası ilə qarşıdurma”da ittiham olunub.

Xalq etirazlarının hazırkı dalğasını “iğtişaşlar” adlandıran deputatlar bildiriblər ki, “ABŞ və digər düşmənlər” zorakılığa təhrik edirlər, mitinqlər üçün maliyyə dəstəyi və silah verirlər. Millət vəkilləri həmçinin bəyan ediblər ki, “quldurlar” onlarla insanı qətlə yetirib, ölkənin təhlükəsizliyini pozublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ