2019-cu ilin ən yaxşı fotosu seçildi - FOTO

"World Press Photo" təşkilatı Meksika və ABŞ sərhədində ağlayan qızın fotosunu ilin ən yaxşı fotosu seçib.

Buta.media TASS-a istinadən xəbər verir ki, fotoqraf Con Mur tərəfindən çəkilmiş şəkildə ABŞ-ın sərhəd xidmətinin əməkdaşının Hondurasdan olan qadın Sandra Sançesin üzərində axtarış apararkən onun azyaşlı qızının ağlaması təsvir edilib. 

Sançesin sözlərinə görə, o, Mərkəzi Amerika və Meksika ərazisini keçərək ABŞ-a çatmaq, sığınacaq almaq üçün bir ay vaxt itirib.

Tədbirin gedişində həmçinin müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb, onlara mükafatlar verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ