Rusiyada 15 nəfərin öldüyü kafenin sahibi azərbaycanlı deputat imiş

Rusiyanın Kostroma şəhərində “Poliqon” kafesində yanğında ölənlərin sayı 15-ə yüksəlib.

Kafenin sahibinin Kostroma vilayət dumasının “Vahid Rusiya” partiyasından deputatı, əslən azərbaycanlı İxtiyar Mirzəyev olduğu üzə çıxıb.

İxtiyar Mirzəyev 1969-cu ildə Azərbaycanın Yardımlı rayonunun Ostayır kəndində anadan olub.

İlkin məlumata görə, yanğın porotexnikadan istifadə nəticəsində baş verib: Yanğın ov fişəngi havaya buraxıldıqdan sonra başlayıb. Fişəngi atan şəxs axtarışa verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ