Putin Xersondan əhalini çıxarmağa çağırdı

Rusiya prezidenti Vladimir Putin bildirib ki, mülki əhali Xerson döyüş bölgəsindən çıxarılmalıdır.

“İndi, əlbəttə ki, Xersonda yaşayanlar ən təhlükəli döyüş zonasından çıxarılmalıdır”, - deyən Putin mülki əhalinin hərbi əməliyyatlarla bağlı atəş və hücum tədbirlərindən əziyyət çəkməməli olduğunu qeyd edib.

Putin həmçinin bildirib ki, səfərbər olunan 318 min rusiyalıdan artıq 49 mini döyüş bölgəsindədir.

Dünən məlum olub ki, Rusiya qoşunları Xersonu Ukraynaya təslim etməyə və Dnepr çayının sol sahilinə keçməyə hazırlaşır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ