Bakıya səfəri təxirə salınan iranlı spiker İrəvana dəvət olundu

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf İrəvana səfərə dəvət olunub.

Bu barədə məlumatı Ermənistan parlamentinin Mətbuat xidməti yayıb. 

Bununla belə, səfərin tarixi açıqlanmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan və İranın XİN rəhbərləri arasında telefon danışığı olub. İran XİN rəhbəri Qalibafın tezliklə Azərbaycana səfər edəcəyinin anonsunu verib. Bu gün isə Qalibafın Azərbaycana gözlənilən səfərinin təxirə salındığı məlum olub. Səfərin təxirə salınmasının səbəbi isə açıqlanmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ