Şimali Koreya 180 döyüş təyyarəsini havaya qaldırdı

Cənubi Koreya 180-dən çox KXDR döyüş təyyarəsinin hərəkətə gətirildiyini qeydə aldıqdan sonra ən azı 80 döyüş təyyarəsini havaya qaldırıb.

Bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, yerli vaxtla saat 11:00-dan 15:00-a qədər Cənubi Koreyalı mütəxəssislər iki yüzə yaxın Şimali Koreya hərbi təyyarəsinin hərəkətə gətirildiyini aşkar ediblər. Radarlar bu təyyarələri KXDR-in daxili ərazilərində, eləcə də ölkənin qərb və şərq sahilləri yaxınlığında səmada qeydə alınıb. Hərbçilərin sözlərinə görə, söhbət bombardmançılardan, həmçinin MiQ və Su qırıcılarından gedir.

Buna cavab olaraq Seul F-35A da daxil olmaqla, onlarla qırıcısını havaya qaldırmaq qərarına gəlib.

Bundan əvvəl, noyabrın 2-də Şimali Koreya Yapon dənizindəki bufer zonasına 100 artilleriya atəşi açıb. KXDR həmçinin Yapon dənizi və Sarı dənizə müxtəlif tipli ən azı on raket atıb, onlardan biri şimal sərhəd xəttindən 26 kilometr cənubda beynəlxalq sulara düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ