ABŞ Ukraynaya səkkiz NASAMS sistemi verəcək

Vaşinqton səkkiz NASAMS zenit sistemi və sursatını Ukraynaya təhvil verəcək, bu barədə ABŞ hərbi rəsmiləri Pentaqonda bildiriblər.

Yaxın vaxtlarda iki kompleks Ukraynaya gələcək, daha altısı - sonra.

ABŞ ordusu Rusiyadan gələn ciddi dron zərbələri təhlükəsi səbəbindən VAMPIRE sistemi və digər radar sistemləri də daxil olmaqla, pilotsuz uçuş sistemlərinə qarşı bir sıra əks tədbirlər yaratmağı planlaşdırdığını bildirib.

NASAMS zenit sistemləri Ukraynanın hava hücumundan müdafiə sisteminin təkcə Rusiya bombardmançılarına qarşı deyil, həm də qanadlı raketlərə qarşı – “İskəndər” və “Toçka-U”dan tutmuş “Kalibr”lərə qədər ciddi möhkəmləndirəcək.

Bir gün əvvəl Rusiya ölkənin enerji sisteminə yeni kütləvi zərbə vuranda Ukrayna rəsmiləri Almaniyanın təqdim etdiyi İRİS-T sisteminin 100% nəticə göstərdiyini bildirdilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ