İran Rusiyaya silah tədarükünü davam etdirir.
CNN İranın silah proqramını izləyən mənbələrə istinadən xəbər verir ki, İran Rusiyaya daha minə yaxın silah, o cümlədən qısa mənzilli “yer-yer” ballistik raketləri və PUA-lar göndərməyə hazırlaşır.
Rusiyanın İrandan bu günə qədər aldığı son silah göndərişinə 450-yə yaxın pilotsuz təyyarə daxild idi. Telekanalın mənbələrinə görə, ruslar artıq Ukraynada onlardan istifadə ediblər.
Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov oktyabrın 24-də “Ukrayinska Pravda”ya müsahibəsində bildirib ki, Rusiya İrandan 1700 kamikadze pilotsuz uçan aparat sifariş edib və onlar 300 ədəd partiyalarla gətirilir. Onun sözlərinə görə, indi rus qoşunları ikinci partiyadan istifadə edir.
Oktyabrın ortalarında “The Washighton Post” yazıb ki, İran Rusiyaya “Fateh-110” və “Zülfikar” ballistik raketlərini tədarük edəcək, nəşrə görə, bu raketlər müvafiq olaraq 300 və 700 kilometr uçuş məsafəsinə malikdir, həmçinin onlarla “Mohajer-6” pilotsuz uçan aparatları ilə təchiz olunacaq.