Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi qoyacaq

Ermənistan tərəfi Azərbaycanla sərhəddə üç yeni keçid məntəqəsinə xidmət göstərməyə hazırdır.

Bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan deyib.

“Ermənistan hökuməti üçün nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması gündəliyi məqbuldur və onun həyata keçirilməsi üçün artıq lazımi tədbirlər görülüb. Əgər Azərbaycan tərəfi bu keçid məntəqələrinin xidmətlərindən istifadə etməyə hazırdırsa, Ermənistan tərəfi də onları təmin etməyə hazırdır”, - deyə Badasyan bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ