İrəvanla Bakı arasında münaqişəyə son qoyulmalıdır - Putin

“Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib.

O bildirib ki, rəsmi Moskva bu prosesi dəstəkləyir: 

“Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Bütün məsələlərdə razılaşmaq lazımdır. Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik”, - V.Putin söyləyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ