Ermənistanda əsgərlər arasında silahlı insident

Ermənistanda ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub, ölən var

Ermənistanda orduda xidmət etmək üçün ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub, bir hərbçi ölüb.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İlkin məlumata görə, oktyabrın 29-da hərbi hissələrdən birinin məsuliyyət zonasında döyüş mövqeyində ehtiyatda olan hərbçi həmkarı, digər sıravi ehtiyatdan çağırılan Misak Petrosyanla mübahisə edib.

Mübahisə zəminində o, hərbçi yoldaşına avtomatdan atəş açaraq, başına xəsarət yetirib. Hərbçi hadisə yerində keçinib.

Bundan sonra sıravi əsgər özünü ayağından vurub. Faktla bağlı cinayət işi başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ