Sudan ordusu ölkədə hərbi çevriliş həyata keçirib.
Buta.media-nın məlumatına görə, TASS xəbər verir ki, hərbçilər prezident Ömər əl-Bəşiri hakimiyyətdən kənarlaşdırıb və onun hökumətini buraxmaq qərarına gəlib.
Bildirilib ki, həbs edilənlər arasında Prezident Qvardiyasının rəhbəri, keçmiş müdafiə naziri Əbdül Rahim Məhəmməd Hüseyn, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, keçmiş vitse-prezident Əli Osman Taha da var. Taha etiraz aksiyası iştirakçılarına qarşı “kölgə tabor”undan istifadə edəcəyini bildirmişdi.
Ölkə paytaxtı Xartumun küçələrinə minlərlə insan çıxıb. Aprelin 6-dan başlayan tətil davam edir.
Məlumata görə, Xartumda beynəlxalq hava limanı bağlanıb.
Qeyd edək ki, Sudanda son həftələr prezidentin istefası ilə bağlı kütləvi etiraz aksiyaları keçirilir. Etirazçılar orduya müraciət edərək, 30 ildən çox hakimiyyətdə olmuş əl-Bəşiri hakimiyyətdən kənarlaşdırmağa çağırmışdı.
Tens of thousands of protesters kept vigil outside the Sudanese army headquarters calling for Omar al-Bashir—who came to power via a coup in 1989—to be overthrown.
— Just Event online (@Justeventonline) 11 апреля 2019 г.
Today Army overthrow the Presidential and President where about is unknown #SudanUprising #SudanProtests #Sudan pic.twitter.com/ImX06GkPA1