Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Şurasının (KTMT) növbədənkənar sessiyasında çıxışı zamanı Ermənistanın baş nazirinin Nikol Paşinyanın iki sualını cavablandırıb. Bu barədə BELTA yazır.
“Siz bizim qarşımıza iki sual qoydunuz. Birincini oxuyuram: “Hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi”. Siz tələb etdiniz ki, biz öz mövqeyimizi qərarlaşdıraq. Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik”, - Belarus lideri bildirib.
“İkinci sual: “Mənə Ermənistanın ərazi bütövlüyünün bərpası üçün yol xəritəsi verin”. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verirəm: İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya prezidentindən xahiş edin və qərar verin. Bu gün qərar verməsəniz, daha pis olacaq, bunu özünüz başa düşürsünüz. Bu münaqişə bizə lazım deyil”, - Lukaşenko bildirib.