RF Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin bəyan edib ki, vəziyyətin müəyyən dəyişməsi ilə qismən səfərbərliyin bərpası mümkündür. O, Lenta.ru ilə söhbətində həmçinin qeyd edib ki, Rusiyadan başqa ölkəyə gedərkən kişilərdən hərbi komissarlıqdan arayış tələb olunmağa davam edəcək.
“Biz başa düşürük ki, indi proqnozlaşdırmaq çətindir. Bu gün biz qismən səfərbərliyin başa çatmasından danışırıq, lakin bunu davam etdirmək mümkündür. Ola bilsin ki, vəziyyət dəyişsin və əlavə hərbçilərə ehtiyac yaransın. Hesab edirəm ki, ölkədən gedəndə hərbi komissarlıqdan arayışların verilməsi məsələsi qalır. Kişilərdən bu sənədin tələb oluna biləcəyi istisna edilmir”, - Şvıtkin bildirib.
Oktyabrın 28-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə ölkənin sentyabrın 21-də elan etdiyi qismən səfərbərliyin başa çatması barədə hesabat verib.
Şoyqu bildirib ki, hərbi komissarlıqlar fəaliyyətini davam etdirəcək, lakin onlar yalnız könüllüləri, eləcə də müqavilə əsasında xidmət etmək istəyənləri götürəcəklər.