Nensi Pelosinin həyat yoldaşına hücum etdilər

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosi “vəhşicəsinə hücuma məruz qalıb”. Bu barədə spikerin mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 28-də səhər saatlarında naməlum şəxs Pelosinin San-Fransiskodakı evinə girərək Pol Pelosiyə hücum edib. Şübhəli şəxs saxlanılıb, polis cinayətin motivini araşdırır.

Pol Pelosi xəstəxanaya çatdırılıb. Spikerin mətbuat xidmətindən verilən məlumata görə, ona tibbi yardım göstərilir və tam sağalması gözlənilir.

Nensi Pelosi özü hücum zamanı evdə olmayıb.

82 yaşlı Pol Pelosi San-Fransiskoda daşınmaz əmlak və investisiya şirkətinin sahibidir.

2022-ci ilin may ayında Pol Pelosi avtomobil qəzasına düşüb. Onun qanında spirt aşkarlanıb. Avqust ayında o, sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 5 sutka həbs cəzasına məhkum edilsə də, cəzasını çəkməli olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ