“Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) istehsal edən Türkiyənin “Baykar” şirkəti Ukraynada dron istehsalı zavodunun tikintisini iki il ərzində başa çatdırmağı planlaşdırır. Şirkətin baş direktoru Haluk Bayraktar Reuters agentliyinə zavodun tikintisinin şərtləri barədə məlumat verib.
“Hazırda layihəmiz var, dizayn mərhələsi başa çatıb. Biz həqiqətən də tikinti ilə irəliləyəcəyik... iki il ərzində layihəni başa çatdırmaq istərdik”, – şirkətin rəhbəri İstanbulda keçirilən SAHA Expo sərgisi çərçivəsində deyib.
Oktyabrın əvvəlində Bayraktar bildirib ki, şirkətin Ukrayna zavodunda “Bayraktar Akıncı” və “Bayraktar TB2” PUA-ları yığılacaq.