Bu onlar üçün şərəfdir - Kadırov Xersonda 23 çeçenin ölümündən yazdı

Bu həftənin əvvəlində Xerson vilayətində çeçen bölmələrindən biri artilleriya atəşinə məruz qalıb.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, nəticədə 23 çeçen həlak olub, daha 58 nəfər yaralanıb.

Kadırov onu da əlavə edib ki, “əgər kimsə müqəddəs müharibədə həlak olacaqsa, bu, hər bir həqiqi müsəlman üçün şərəf və böyük sevincdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ