İran hakimiyyəti Mahsa Aminin ailə üzvlərini ev dustağı edib.
Bu barədə “Əl-Ərəbiyə” televiziya kanalı məlumat yayıb.
“İran hakimiyyəti Məhsa Əmininin qətlinə görə məsuliyyət daşıyır”, - Əmininin əmisi oğlu İrfan Murtazai jurnalistlərə deyib.
Oktyabrın 26-da İranda Əmininin polis bölməsində ölməsindən 40 gün keçməsinə həsr olunmuş etiraz aksiyaları keçirilib.