Nikol Paşinyan oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüşdə hətta Ermənistanda hakimiyyət dəyişikliyi təhlükəsi olsa belə, heç bir halda sülh müqaviləsinin Rusiya variantını imzalamayacağını dar dairədə bəyan edib, bu barədə Ermənistan mətbuatı yazır.
Paşinyan deyib ki, “xalq hakimiyyəti dəstəkləyir” və o, “Rusiya Federasiyasının təhdidlərindən qorxmur”.