Ən ağır döyüşlər Xersonda olacaq - Arestoviç

Kreml bu ilin martından Ukraynada nəzarəti altında saxladığı ən böyük şəhəri müdafiə etməyə hazırlaşır. RF qoşunları Xerson vilayətində “ən ağır döyüşlər” üçün hazırlıq işləri görürlər. Reuters yazır ki, bu barədə Ukrayna rəhbərliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

Ukrayna Prezidentinin Aparatının ştatdankənar müşaviri Aleksey Aretoviçin sözlərinə görə, Rusiya qoşunlarının şəhəri tərk etməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur.

“Xersonla hər şey aydındır. Rusiyalılar oradakı qruplaşmalarını artırır və gücləndirirlər”, – Aretoviç bildirib. – Bu o deməkdir ki, heç kim geri çəkilməyə hazırlaşmır. Əksinə, ən çətin döyüşlər Xerson üçün olacaq”.

Rusiya prezidenti Vladimir Putinin sentyabrda ilhaq edildiyini elan etdiyi dörd bölgədən Xerson ən strateji əhəmiyyətli bölgə kimi görünür. Krım yarımadasına yeganə quru yol oradan keçir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ