Rusiya raket atəşinə tutdu - hamilə qadın diri-diri yandı - foto

Oktyabrın 25-də Rusiya hərbçiləri tərəfindən Ukraynanın Dnepr şəhərinə raket hücumu zamanı hamilə qadın həlak olub.

BBC yazır ki, 25 yaşlı İnna Odanets həyat yoldaşı Maksimlə birlikdə yanacaqdoldurma məntəqəsinə gediblər və orada raket atəşinə tuş gəliblər.

Ukraynanın Fövqəladə hallar üzrə Dövlət Xidməti İnnanın avtomobildə diri-diri yandığını, ərinin isə ağır yaralandığını və xəstəxanada olduğunu bildirib. Həmin gün yanacaqdoldurma məntəqəsində İnna ilə birlikdə avtoyuma işçisi də dünyasını dəyişib.

Rusiya Müdafiə Nazirliyi isə Dnepr bölgəsində neft anbarını məhv etdiyini açıqlayıb. İddialara görə, Donbasdakı bir qrup Ukrayna əsgəri yanacaqla oradan təmin edilirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ