Paşinyan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir

Ermənistanın baş naziri Nikol Paşinya ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiyini bildirib. O, bunu parlamentdə hökumət saatı zamanı deyib.

Paşinyan ümid etdiyini bildirib ki, sərhədlərin delimitasiyası Bakı ilə sülh müqaviləsi imzalanana qədər tamamlanacaq.

Ermənistanın baş naziri həmçinin Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə Soçidə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək niyyətini təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ